“Google” şirkəti icazəsiz şəxsi imformasiya toplamaq və ABŞ Federal Kommunikasiya Komissiyasının istintaqına mane olmaq ittihamıyla 25 min dollar miqdarında cərimə edilib.
big.Az-ın “Guardian”-a istinadən verdiyi xəbərə görə, şirkət məlumatları 2007-2010 tarixləri arasında “Google Küçə Görünüşü” xidmətində istifadə etmək üçün ABŞ və Avropanın ictimai yerlərində toplayıb.
İctimai yerlərdən əlavə, şirkət həmçinin qorunmasız “wi-fi” şəbəkələrindən də icazəsiz şəxsi məlumatlar götürüb.
2010-cu ildə ortaya çıxan “Google”-un icazəsiz məlumat toplaması faktı kəskin etirazlarla üzləşib.