İnanıram ki, sayt oxucuları google-u yarandanları tanıyırlar. Əgər tanımırsınızsa onların adları budur: Larry Page and Sergey Brin. Bu iki dost saytı yaratmamışdan əvvəl 1000-ə yaxın ad düşünürlər və Larry-nin dostlarından biri(Sean Anderson) ona Googolplex adını məsləhət görür. Larry-nin bu ad çox xoşuna gəlir və o düşünür ki, bu adı biraz qısa, yəni googol formasında qeydiyyatdan keçirəcək, ancaq o sözün yazılışı bilmədiyindən düşünür ki, bu söz googol yox google yazılır və saytı googol.com yox google.com adı ilə qeydiyyatdan keçirir və yalnız bundan sonra Sean ona sözü səhv yazdığını deyir, ancaq artıq gec olur. İndi isə hərif səhvi nəticəsində yaranmış şirkət 160 milyard dollar-dır. Googolplex 10 üstü 100 yəni 1-dən sonra 100 dənə sıfır olan bir rəqəmdir. Larry Page and Sergey Brin axtarış maşınını yaradan zaman bu qədər səhifəni öz sistemlərinə daxil etməyi arzulayırdılar.