Пятница, 27.06.2025, 05:07
Приветствую Вас Гость | RSS

BAKILIAR SIZI SALAMLAYIR

Menyu
Kalendar
«  Апрель 2012  »
Пн Вт Ср Чт Пт Сб Вс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
30
Hava Proqnozu
Sual
SAYTIMI DEYERLENDIRIN
Всего ответов: 26
Statiska

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Форма входа

Главная » 2012 » Апрель » 16


ABŞ-ın fəza agentliyi (NASA) ilk dəfə kosmosa insanabənzər robot göndərib.

“Amerikanın Səsi” xəbər verir ki, NASA-nın hazırladığı animasiyada gələcəkdə fəza kəşfiyyat işlərində insanların insanabənzər robotlarla bərabər çalışdıqları nümayiş etdirilir. ABŞ fəza agentliyi bunun gerçəkləşdirilməsinə daha da yaxınlaşıb. Robonavt 2 Beynəlxalq Fəza Stansiyasında ilk insanabənzər robotdur.

R2 ləqəbi verilən Robonavt ötən ildən bəri buradadır. Lakin onun bütün sensor və sistemlərini yoxlamaq bir qədər vaxt alıb. Yerdəki keyfiyyət nəzarəti qrupu və Beynəlxalq Fəza Stansiyasında astronavtlar R2-ni tam nəzərdən keçiriblər. Astronavtlar bu xüsusi ekipaj üzvünün onlarla bərabər çalışacağına çox sevinirlər.

Hal-hazırda dörd Robonavt mövcuddur. Lakin yalnız R2 fəzadadır. Smitsoniyan Fəza muzeyində R2-yə bənzər robotlardan biri ötən il nümayiş etdirilirdi. NASA nümayəndəsi Ron Diftler mühəndislərin Robonavtı yaradarkən insanla ünsiyyəti nəzərə aldıqlarını deyib.

Ron Diftler: “Üzr istəmək kimi sırf insani ünsiyyət forması kimi robotla işin rahatlığı nəzərə alınır.”

Robonavtı General Motor NASA ilə bərabər yaradıb. Mayk Qoza deyir ki, Robotu idarə etmək lazım gəlmir, ona görə ki, o, tele-əməliyyat köməyi ilə tapşırıqları sərbəst yerinə yetirə bilir.

Mayk Qoza: “Mən dəbilqəni başıma geyirəm. Dəbilqənin sol və sağ ... Читать дальше »
Просмотров: 325 | Добавил: Aqil | Дата: 16.04.2012 | Комментарии (0)



Bişkekdə Heydər Əliyev adına mədəniyyət və istirahət parkı yaradılacaq. Bu məsələ ilə bağlı Bişkek şəhərinin meri İsa Omurkulovun imzaladığı sərəncama əsasən, paytaxtın ən mənzərəli yerində- “Orto-Say” meşə zolağında Heydər Əliyev parkının salınması üçün Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fonduna (TDSDF) 5,5 hektar torpaq sahəsi ayrılıb.
TDSDF-in təşəbbüsü ilə Bişkekdə yaşayan bir qrup soydaşımız və qardaş qırğız xalqının nümayəndələri Heydər Əliyev adına mədəniyyət və istirahət parkının salınması üçün ayrılmış torpaq sahəsində olmuş, qurban kəsilib.

Fond sədrinin müavini Mukan Asanaliev, Pervomaysk Rayon İcra Hakimiyyətinin başçısı Əskər Əliyev çıxış edərək dünya şöhrətli siyasi xadim Heydər Əliyevin həyat və fəaliyyəti haqqında danışmış, ulu öndərin Azərbaycan ilə Qırğızıstan arasında əlaqələrin inkişafındakı xidmətlərini qeyd edib.

TDSDF-in sədri Nüsrət Məmmədov parkı Bişkekin ən mənzərəli guşəsinə çevirəcəklərini deyib. Burada ulu öndər Heydər Əliyevin abidəsi ucaldılacaq, lazer fəvvarələri quraşdırılacaq. Parkın ərazisində Zərifə Əliyeva adına Türkdilli Xalqların Mədəniyyət Mərkəzinin binasının tikilməsi də nəzərdə tutulub.
Просмотров: 287 | Добавил: Aqil | Дата: 16.04.2012 | Комментарии (0)



“The Art Newspaper”in hazırladığı reytinq siyahıya görə, Parisdəki Luvr muzeyi dünyanın ən yaxşı muzeyi olaraq qalır.

“MIGnews.com”a istinadən verdiyi xəbərə görə, 2012-ci ildə Luvru ziyarət edənlərin sayında 400 min nəfər artım olub, bununla da onun illik ziyarətçisi 8.9 milyon nəfərə çatıb.
Pompidu Mərkəzinin də ziyarətçi sayında artım olub, bu muzeyi ziyarət edənlərin sayı 3.1 milyondan 3.6 milyona qalxıb.
Nyu-York Metropoliten muzeyi 6 milyonluq baryeri nəhayət ki, keçə bilib.
Giriş pulsuz olduğuna görə, Böyük Britaniyanın Milli Muzeyi də 5.8 milyon ziyarətçi ilə liderlər siyahısında düşə bilib. İlk onluqda həmçinin London Milli Qalareyası (5.3 milyon) və Teyt Modern (4.8) qalareyası da var.
Asiyadan yalnız Tayvandakı İmperator Sarayı Muzeyi ilk onluğa düşü bilib, 7-ci sırada qərarlaşan muzeyi 3.8 milyon nəfər ziyarət edib.
Reytinq siyahıya düşən mədəniyyət mərkəzlərindən biri də Madrid şəhərindəki Prado muzeyidir.
Просмотров: 276 | Добавил: Aqil | Дата: 16.04.2012 | Комментарии (0)



Beş ildir ABŞ-da yaşayan və Amerika Futbol Liqasının (MFL) "Los-Anceles Qelaksi" klubunun heyətində oynayan Devid Bekhem İngiltərənin Hertfordşir şəhərindəki malikanəsini satışa çıxarıb.

"The Sun"a istinadən bildirir ki, daha çox saraya bənzəyən malikanənin ilkin satış qiyməti 18 milyon funt-sterlinqdir.

Devid və Viktoriya Bekhemlər ailə qurandan sonra "Bekhemginqem sarayı" adlandırılacaq bu yeri satın almışdılar.

Malikanədə 7 yataq otağı, 3 hovuz, 2 tennis kortu var.
Binanın rekonstruksiya və təmirinə Bekhemlər ailəsi milyonlarla dollar xərcləyib.
Devid Bekhemin dediyinə görə, malikanəsi aylarla boş qaldığı üçün onu satmaq qərarına gəlib.
Bekhemlər ailəsi indi Los-Ancelesin Beverli-Hills səmtindəki 11 milyon dollarlıq malikanədə yaşayır.
Просмотров: 293 | Добавил: Aqil | Дата: 16.04.2012 | Комментарии (0)



Planetimizdə nə zamansa yaşamış ilanlar arasında ən böyüyü olan titanoboa indi Nyu-Yorkun mərkəzi dəmiryol vağzalındadır.

"The Huffington Post"a istinadən bildirir ki, uzunluğu 16 metr olan titanoboanın heykəli Smitson İnstitutunda hazırlanıb.

Titanoboanın sümüklərinin qalıqları 2002-ci ildə Kolumbiyadakı daş kömür şaxtalarından birində tapılmışdı.
Просмотров: 294 | Добавил: Aqil | Дата: 16.04.2012 | Комментарии (0)



Çox vaxt problemlərimiz, sıxıntılarımız başımızı o dərəcədə qatır ki, gülməyi unutmuş oluruq.
Lakin bu vəziyyət dərdlərimizi daha da artırır.
Gülmək ruhumuza sanki dərman kimi gəlir və psixoloji olaraq rahatlaşdırır.
Gəlin hər pis şeyi bir anlıq da olsa unudaq və gülməyin faydaları nələrdir, tək-tək görək…

* İmmunitet sistemini qüvvətləndirir.
* Şiş və viruslarla mübarizə aparan hüceyrələrin sayını artırır.
* Bəzi psixoloji xəstəliklərdə müalicə metodu ilə müalicə edir.
* Əzələləri boşaltdığı üçün insanı rahatlaşdırır.
* Mütəxəssislər gülmənin stressi azaltdığını ifadə etmişlər.
Stressi azaltdığı üçün stressə bağlı olan narahatlıqları aradan qaldırır.
* Cinsi həyatı müsbət təsir edir.

* Adamın müsbət düşünməsini təmin edir.
* Beyni sakitləşdirir.
* Qan təzyiqini tarazlaşdırır.
* Şəkər xəstəliyindən qoruyur.
* Həzmə köməkçi olar.

Gülməyin insan sağlamlığını müsbət təsir etdiyi budur, göz qabağındadır.
Lakin gərgin keçən günlər və iş stressi, insanların gülmə duyğularını korlaşdıra bilir.
Bu səbəblə bir anlıq olsun bu vəziyyətdən xilas ola bilmək üçün aşağıdakı tövsiyələri tətbiq edə bilərsiniz.

* Yumor jurnallarına abunə ola bilərsiniz.
* Lətifə kitabları ala bilərsiniz.
* İnternetdən gündəlik lətifə saytla ... Читать дальше »
Просмотров: 281 | Добавил: Aqil | Дата: 16.04.2012 | Комментарии (0)



Anhel şəlaləsi. Venesuelanın cənubundakı Bolivar ştatında yerləşən şəlalə. Yerli əhalinin dilində Kerepakupai meru və ya Churun meru adlanır.
Anhel dünyada ən hündür şəlalədir, ümumi hündürlüyü 979 metrdir. Digər bir çox sənədlərə əsasən isə 1059 metr sayılır. Suyun aşağı tökülməsi hündürlüyü, yəni hündürlükdən axım zamanı su arası kəsilmədən 807 metrlik yeri əhatə edir. Şəlalənin adı isə pilot Ceyms Anhelin şərəfinə qoyulmuşdur, 1935 – ci ildə şəlalənin üzərindən uçuş zamanı buranı kəşf etmişdir.
Şəlalə Venesuelanın tropik meşələrində yerləşir və həmin ərazinin milli parkı sayılan "Canaima" nın səlahiyyətindədir. Şəlalənin coğrafi koordinatı – 5°58′03″ şimal, 62°32′08″ qərb hissə.
Şəlalə Çurun çayının Karao qolunun üzərində yerləşir. "Çurun" yerli insanların dilində Pemón adlanır və mənası "gurultu" kimi tərcümə edilir. Şəlalə həmçinin "Kerepakupai-merú" adlanır, bu adın mənası isə "ən dərin yerdə şəlalə" kimi dilimizə tərcümə edilir.
Şəlalə XX əsrin əvvəllərində tədqiqatçı Ernesto Sançes La Krus tərəfindən tapılmışdır. Lakin buranın adı Ceyms Anheldən əvvəl belə çox tanınmır və hallanmırdı. 1935 – ci ildə amerikan pilot Ceyms Anhel filiz axtarışına görə uçuş edir. 1936 – cı ildə o, geri qayıdır və şəlalənin yuxarı hissəsində dayanır.
Anhelin monoplan "Flaminqo" – su şəlalənin yuxarı hissəsindəki bataqlı ... Читать дальше »
Просмотров: 343 | Добавил: Aqil | Дата: 16.04.2012 | Комментарии (0)

Axtar

Copyright MyCorp © 2025
Конструктор сайтовuCoz