Пятница, 27.06.2025, 14:03
Приветствую Вас Гость | RSS

BAKILIAR SIZI SALAMLAYIR

Menyu
Kalendar
«  Апрель 2012  »
Пн Вт Ср Чт Пт Сб Вс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
30
Hava Proqnozu
Sual
SAYTIMI DEYERLENDIRIN
Всего ответов: 26
Statiska

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Форма входа

Главная » 2012 » Апрель » 17 » 10 metr hündürlüyə tullanan robot
12:26
10 metr hündürlüyə tullanan robot


Qabaqcıl avtomatlaşdırılmış sistemləri ilə tanınmış “Boston Dynamics” şirkəti “Sand Flea” modelinin videosunu dərc edib. Bu layihə üzərində artıq bir neçə ildir ki iş aparılır. Kiçik ölçülü avtonom maşının 10 metr hündürlüyə tullanmaq qabiliyyəti onun fərqləndirici xüsusiyyətidir.
“Sand Flea” layihəsi üzərində işə “Precision Urban Hopper” modelindən başlanılıb. Məlumat üçün bildirim ki, “Precision Urban Hopper” modeli “Boston Dynamics” şirkətinin “Sandia” milli laboratoriyası ilə sıx əməkdaşlığı çərçivəsində yaradılıb.
Təqdim edilmiş robot nümunəsi 4 təkərli motorlaşdırılmış platformadan ibarətdir. Maşın rəfedilməz maneəyə yaxınlaşdıqda yerində dayanır, sonra arxadakı təkərlər üstə qalxır və maneəni keçmək üçün hündürlüyə tullanır. Pnevmatik porşen sayəsində robot təxminən 10 metr hündürlüyə tullana bilir.
Porşen enerji mənbəyi kimi sıxılmış karbon qazı ilə doldurulmuş balonlardan istifadə edir. 1 balon 25 tullanmaya bəs edir. Robot dağlıq ərazilərdə, məsələn Əfqanıstanda kəşfiyyat məqsədlərində istifadə edilmək üçün nəzərdə tutulub.
Просмотров: 389 | Добавил: Aqil | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Axtar

Copyright MyCorp © 2025
Конструктор сайтовuCoz