Главная » 2012»Апрель»9 » Dünyanın ən bahalı gənc futbolçularının siyahısını açıqlanıb
20:22
Dünyanın ən bahalı gənc futbolçularının siyahısını açıqlanıb
Dünyanın ən bahalı gənc futbolçularının siyahısını açıqlanıb
Portuqaliyanın “Futebol Finance” nəşri dünyanın ən bahalı gənc futbolçularının siyahısını açıqlayıb. Bu siyahıya dünyanın ən perspektivli oyunçularından biri, braziliyalı Neymar başçılıq edir. “Santos”un 19 yaşlı futbolçusuna bir çox klublar 30-55 milyon avro pul ödəməyə hazırdır.
İkinci yeri Dortmund “Borussiya”sının istedadlı alman futbolçusu Mario Getse tutur. Onun qiyməti 30-45 milyon avrodur. İlk “üçlüyü” 21 yaşlı Mario Balotelli qapayır.
Bu siyahıda 10-cu yeri Rusiyanın OMİK klubunun futbolçusu Alan Dzaqoyev yer alır. Mütəxəssislər onu 16-20 milyon avro qiymətində dəyərləndirir. (anspress)
1. Neymar (Braziliya, 19 yaş, “Santos”) 30-55 milyon avro 2. Mario Getse (Almaniya, 19 yaş, “Borussiya” D) 30-45 milyon avro 3. Mario Balotelli (İtaliya, 21 yaş, “Mançester Siti”) 30-40 milyon avro 4. Eden Azar (Belçika, 21 yaş, “Lill”) 27-35 milyon avro 5. Cek Uilşir (İngiltərə, 20 yaş, “Arsenal”) 22-30 milyon avro 6. Tyaqo Alkantara (İspaniya, 20 yaş, “Barselona”) 20-30 milyon avro 7. Yann M'Vill (Fransa, 21 yaş, “Renn”) 20-25 milyon avro 8. Fil Cons (İngiltərə, 20 yaş, “Mançester Yunayted”) 18-25 milyon avro 9. David de Xea (İspaniya, 21 yaş “”Mançester Yunayted) 16-20 milyon avro 10. Alan Dzaqoyev (Rusiya, 21 yaş, OMİK) 16-20 milyon avro