Titanik (RMS Titanic) — "Uayt Star Layn" (White Star Line) şirkətinə məxsus buxar gəmisi. Transatlantik səyahətlər üçün tikilmiş "Olimpik" tipinə aid olan üç ekiz-gəmidən biri. Suya buraxıldığı zaman dövrünün ən böyük sərnişin gəmisi. İlk səyahəti zamanı 14 aprel 1912-ci ildə Atlantik okeanında aysberqlə toqquşaraq 2 saat 40 dəqiqə sonra batmışdır. Göyərtəsindəki 1 316 sərnişin və 908 heyət üzvündən yalnız 711 nəfər xilas ola bilmiş, 1 513 nəfər həlak olmuşdur.
Daha çox Millvina kimi məşhur olan Elizabet Qledis Din 2009-cu ilin mayında 97 yaşında vəfat edib. "Titanik" batanda Millvina cəmi 9 həftəlik olub. O, həm də gəminin ən kiçik sərnişin olub. Millvina Dinin ailəsi Kanzasa köçərək orada tütün mağazası açmaq istəyirmiş. Amma qəza zamanı atası ölüb. Anası və qardaşı isə onunla bir yerdə xilas olub. Bundan sonra balaca Millvinanın ailəsi bütün ömrünü Sauthemptonda keçirib. Son illər Din kasıb yaşayıb. O, qocalar evində qalmaq üçün ayda 3 min funt sterlinqi ödəyə bilmədiyindən şəxsi əşyalarını auksionda satırmış. Bundan əlavə, "Titanik" filmində baş rollarda çəkilən Leonardo di Kaprio və Keyt Uinslet ona maddi kömək ediblər. Əfsanəvi "Titanik" gəmisinin sonuncu sərnişinin külü Böyük Britaniyanın cənubundakı Sauthempton limanında dənizə səpələnib.[1] "Titanik" gəmisinin komandasının sağ qalmış axırıncı üzvü pis ekoloji şəraitdən vəfat edib.