Bu şəkilə baxanda birincisi üzüldüm. Qərb merləri və şərq merləri sanki müqaisə edilib. Amma şəkilə baxarkən düşünməmək əldə deyil. Qərb mədəniyyəti və siyasəti ayrı dünyadıre… Ən çox xoşuma gələn Maykl Blumberqdir. Metrodan istifadə edildiyinə baxmayaraq ayaq üstdə gedir və həyat davam edir… Amma bizim MİS sədri belə hansısa məclisə gedəndə prezident kimi qarşılanır və ya özünü o tərzdə aparır. Tağı Əhmədov görəsən 1 dəfə də olsa insanlarnan metroda birgə gedib? Londonun meri Boris Jonson isə velosipetə minməyə belə çəkinmir. Amma Hacıbalanın uçmağı da ona yaraşır. Çünki o, uçmaqdan başqa bir işə yaramır. Yerləri düzəltdi qaldı göylər. Uçan tarelka görsəz qorxmuyun, amma uçan Hacıbala görsəz qorxun… Çünki, batıra bilər üstünüzü Bu arada NASA - nı da xəbərdar etmək lazımdı. Uçan obyektlərin siyahısına Hacıbalanı da salsınlar. Bəlkəmdə xəzər dənizində uçan naməlum obyekt elə bu imiş sən demə