Пятница, 25.07.2025, 15:40
Приветствую Вас Гость | RSS

BAKILIAR SIZI SALAMLAYIR

Menyu
Kalendar
«  Июнь 2012  »
Пн Вт Ср Чт Пт Сб Вс
    123
45678910
11121314151617
18192021222324
252627282930
Hava Proqnozu
Sual
SAYTIMI DEYERLENDIRIN
Всего ответов: 26
Statiska

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Форма входа

Главная » 2012 » Июнь » 09



Bu gün futbol üzrə Avropa çempionatında B qrupunda çıxış edən komandar debüt edəcəklər. Oyunlar Ukraynada keçiriləcək.

Hollandiya-Danimarka

Bakı vaxtı ilə saat 21.00-da Xarkovda Hollandiya və Danimarka milliləri qarşılaşacaqlar. Hollandiyalılar almanlarla birlikdə təkcə öz kvartetlərinin yox, həm də bütövlükdə çempionatın favoritlərindən sayılırlar. İki il əvvəlki dünya çempionatında “narıncılar” finaladək irəliləmiş və son oyunda ispanlara məğlub olmuşdular. Hollandiya millisinin qitə birinciliklərindəki sonuncu və yeganə qələbəsi 1988-ci ilə təsadüf edir. Həmin çempionatda hollandiyalılar SSRİ yığmasını 2:0 hesabı ilə məğlub etmişdilər. Seçmə mərhələdəki inamlı çıxışına baxmayaraq, Hollandiya yığması yoldaşlıq oyunlarında o qədər də inamlı təsir bağışlamadı. Məsələn, komanda öz meydanında Macarıstan millisinə 1:2 hesağı ilə məğlub oldu.

Danimarkalılar isə turnirin sözsüz autsayderlərin sayılırlar və onların belə bir qrupdan çıxmaq şansı çox azdır. Komanda 1992-ci ildə Avropa çempionatının qalibi olmaqla əsl sensasiya yaratmışdı. Amma Danimarka millisi o vaxtdan heç bir uğur əldə edə bilməyib. Komandada dünya səviyyəli yalnız bir futbolçu var - hücumçu Niklas Benntner. Amma o ötən mövsüm İngiltərənin “Sanderlend” klubunda zədə üzündən normal çıxış edə bilməyib. Yığmanın əsas qapıçısı Tomas Sorensenin zədəsi də ciddi narahatlıq ... Читать дальше »
Просмотров: 1435 | Добавил: Aqil | Дата: 09.06.2012 | Комментарии (1)



Pepsi — 1898-ci ildə ABŞ-da yaradılmış sərinləşdirici içkilər istehsal edən şirkət.

Fəaliyyəti: Kola
Təsis edilib: 1903
Yerləşməsi: ABŞ
Просмотров: 375 | Добавил: Aqil | Дата: 09.06.2012 | Комментарии (0)


Просмотров: 371 | Добавил: Aqil | Дата: 09.06.2012 | Комментарии (0)



Qeyd edək ki, mayın 23-də Funikulyorun açılışı olub və bir müddət paytaxt sakinləri bu nəqliyyat vasitəsindən pulsuz istifadə ediblər. Hətta bu, axşam saatlarında Funikulyorun giriş-çıxışında böyük növbələrə də səbəb olub. Daha sonra dayandırılan Funikulyorda qiymətlə bağlı məsələlərin öz həllini tapacağı bildirilmişdi. Amma Funikulyorun direktoru Tofiq İsmayılov deyir ki, istifadənin iki günlük dayandırılması sırf texniki yoxlama işləri ilə bağlı idi.

ANS telekanalının məlumatına görə, artıq paytaxt sakinləri və qonaqlar Funikulyordan istifadə edirlər. Pulsuz istifadə isə onların daha da ürəyincə olub.

Qeyd edək ki, Bakı Funikulyoru ilk dəfə 1960-cı il may ayının 5-də fəaliyyətə başlayıb. Köhnə görünüşündən tamamilə fərqlənən indiki Funikulyor İsveçrə şirkəti tərəfindən təmir edilib. 28 yerlik vaqonlar isə Almaniyadan gətirilib. Köhnə gözləmə zalları da yeniləri ilə əvəz olunub, tam şüşə ilə örtülmüş Bakı Funikulyorunda 2 qatar 10 dəqiqəlik intervalla işləyir. Hər gün səhər saat 10-dan axşam saat 10-a qədər paytaxt sakinləri Funikulyordan pulsuz istifadə edə bilərlər.

mənbə: xezerxeber.com
Просмотров: 320 | Добавил: Aqil | Дата: 09.06.2012 | Комментарии (0)

Axtar

Copyright MyCorp © 2025
Конструктор сайтовuCoz