Суббота, 28.06.2025, 00:56
Приветствую Вас Гость | RSS

BAKILIAR SIZI SALAMLAYIR

Menyu
Kalendar
«  Июнь 2012  »
Пн Вт Ср Чт Пт Сб Вс
    123
45678910
11121314151617
18192021222324
252627282930
Hava Proqnozu
Sual
SAYTIMI DEYERLENDIRIN
Всего ответов: 26
Statiska

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Форма входа

Главная » 2012 » Июнь » 9 » Funikulyor açıldı
09:05
Funikulyor açıldı


Qeyd edək ki, mayın 23-də Funikulyorun açılışı olub və bir müddət paytaxt sakinləri bu nəqliyyat vasitəsindən pulsuz istifadə ediblər. Hətta bu, axşam saatlarında Funikulyorun giriş-çıxışında böyük növbələrə də səbəb olub. Daha sonra dayandırılan Funikulyorda qiymətlə bağlı məsələlərin öz həllini tapacağı bildirilmişdi. Amma Funikulyorun direktoru Tofiq İsmayılov deyir ki, istifadənin iki günlük dayandırılması sırf texniki yoxlama işləri ilə bağlı idi.

ANS telekanalının məlumatına görə, artıq paytaxt sakinləri və qonaqlar Funikulyordan istifadə edirlər. Pulsuz istifadə isə onların daha da ürəyincə olub.

Qeyd edək ki, Bakı Funikulyoru ilk dəfə 1960-cı il may ayının 5-də fəaliyyətə başlayıb. Köhnə görünüşündən tamamilə fərqlənən indiki Funikulyor İsveçrə şirkəti tərəfindən təmir edilib. 28 yerlik vaqonlar isə Almaniyadan gətirilib. Köhnə gözləmə zalları da yeniləri ilə əvəz olunub, tam şüşə ilə örtülmüş Bakı Funikulyorunda 2 qatar 10 dəqiqəlik intervalla işləyir. Hər gün səhər saat 10-dan axşam saat 10-a qədər paytaxt sakinləri Funikulyordan pulsuz istifadə edə bilərlər.

mənbə: xezerxeber.com
Просмотров: 319 | Добавил: Aqil | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Axtar

Copyright MyCorp © 2025
Конструктор сайтовuCoz