![]() Bu gün futbol üzrə Avropa çempionatında B qrupunda çıxış edən komandar debüt edəcəklər. Oyunlar Ukraynada keçiriləcək. Hollandiya-Danimarka Bakı vaxtı ilə saat 21.00-da Xarkovda Hollandiya və Danimarka milliləri qarşılaşacaqlar. Hollandiyalılar almanlarla birlikdə təkcə öz kvartetlərinin yox, həm də bütövlükdə çempionatın favoritlərindən sayılırlar. İki il əvvəlki dünya çempionatında “narıncılar” finaladək irəliləmiş və son oyunda ispanlara məğlub olmuşdular. Hollandiya millisinin qitə birinciliklərindəki sonuncu və yeganə qələbəsi 1988-ci ilə təsadüf edir. Həmin çempionatda hollandiyalılar SSRİ yığmasını 2:0 hesabı ilə məğlub etmişdilər. Seçmə mərhələdəki inamlı çıxışına baxmayaraq, Hollandiya yığması yoldaşlıq oyunlarında o qədər də inamlı təsir bağışlamadı. Məsələn, komanda öz meydanında Macarıstan millisinə 1:2 hesağı ilə məğlub oldu. Danimarkalılar isə turnirin sözsüz autsayderlərin sayılırlar və onların belə bir qrupdan çıxmaq şansı çox azdır. Komanda 1992-ci ildə Avropa çempionatının qalibi olmaqla əsl sensasiya yaratmışdı. Amma Danimarka millisi o vaxtdan heç bir uğur əldə edə bilməyib. Komandada dünya səviyyəli yalnız bir futbolçu var - hücumçu Niklas Benntner. Amma o ötən mövsüm İngiltərənin “Sanderlend” klubunda zədə üzündən normal çıxış edə bilməyib. Yığmanın əsas qapıçısı Tomas Sorensenin zədəsi də ciddi narahatlıq ... Читать дальше » |
![]() Pepsi — 1898-ci ildə ABŞ-da yaradılmış sərinləşdirici içkilər istehsal edən şirkət. Fəaliyyəti: Kola Təsis edilib: 1903 Yerləşməsi: ABŞ |
![]() |
Qeyd edək ki, mayın 23-də Funikulyorun açılışı olub və bir müddət paytaxt sakinləri bu nəqliyyat vasitəsindən pulsuz istifadə ediblər. Hətta bu, axşam saatlarında Funikulyorun giriş-çıxışında böyük növbələrə də səbəb olub. Daha sonra dayandırılan Funikulyorda qiymətlə bağlı məsələlərin öz həllini tapacağı bildirilmişdi. Amma Funikulyorun direktoru Tofiq İsmayılov deyir ki, istifadənin iki günlük dayandırılması sırf texniki yoxlama işləri ilə bağlı idi. ANS telekanalının məlumatına görə, artıq paytaxt sakinləri və qonaqlar Funikulyordan istifadə edirlər. Pulsuz istifadə isə onların daha da ürəyincə olub. Qeyd edək ki, Bakı Funikulyoru ilk dəfə 1960-cı il may ayının 5-də fəaliyyətə başlayıb. Köhnə görünüşündən tamamilə fərqlənən indiki Funikulyor İsveçrə şirkəti tərəfindən təmir edilib. 28 yerlik vaqonlar isə Almaniyadan gətirilib. Köhnə gözləmə zalları da yeniləri ilə əvəz olunub, tam şüşə ilə örtülmüş Bakı Funikulyorunda 2 qatar 10 dəqiqəlik intervalla işləyir. Hər gün səhər saat 10-dan axşam saat 10-a qədər paytaxt sakinləri Funikulyordan pulsuz istifadə edə bilərlər. mənbə: xezerxeber.com |
![]() İnformasiya Əgər kompüterinizdəki faylları səhvən silmisinizsə və zibil qutunuzu da boşaltmısınızsa,Windowsun bu silinən faylları geri gətirmək üçün hər hansı bir xüsusiyyəti olmadığını bilirsiniz. Ancaq Undela proqramı fayllarınızı qurtara bilmək üçün hazırlanmış ödənişsiz bir proqramdır. Proqramın xüsusiyyətləri belədir: - Zibil qutusundan sildiyiniz faylları tapa bilmək - Virus kəsintisi ilə itirilən faylları geri gətirmək - Bərk faylları qurtarmaq - Silinmiş fotoşəkil və yazılı sənədləri geri qaytarmaq - Windows Explorer-in bənzəri interfeys - USB ilə çalışabilmə xüsusiyyəti - Hard diskdəki bütün faylları yoxlaya bilmə Lisenziya: Pulsuz Dil Dəstəyi:Almanca,ispanca,italyanca,ingiliscə,rusca,fransızca,yaponca,portuqal Sistem: Win7/Vista/WinXP/Win2000 İstehsalçı: Undela Software |
Yeni bir sayt.www.290-mekteb.tk
|
![]() Respublika Seysmoloji Xidmət Mərkəzinin sesymoloji şöbəsinin müdiri Tahir Məmmədlinin ANS PRESS-ə müsahibəsi -Bu gün Zaqatala və digər ərazilərdə baş verən zəlzələni necə xarakterizə edərdiniz? Bu zona üçün yüksək ballıq zəlzələ xarakterik haldırmı? -Zaqatala aktiv sesymik zonadır. Nəzərinizə çatdırım ki, 1936-cı ildə burada təxminən 7-8 ballıq güclü zəlzələlər baş verib. Burada seysmik ocaqlar yerləşir və bu günki zəlzələ də həmin ocaqlarda baş verib. -Bu tipli zəlzələlər təkrarlana bilərmi? -Azərbaycanın aktiv sesymoloji zonalarında həmişə zəlzələ ola bilər. Amma zəlzələ haqqında qabaqcadan proqnoz vermək düzgün olmaz. Ümumiyyətlə Böyük Qafqazın Cənub yamacları, Şamaxıdan Mərəzəyə, Gürcüstan sərhədinə qədər bu zonalarda güclü zəlzələ olması ehtimalı böyükdür. - Qonşu ölkələrdə baş verən zəlzələ ilə bu gün baş verən hadisənin hər hansı bir əlaqəsi varmı? -Yox, bu gün baş verən təbiət hadisəsinin digər regionlarda baş verən zəlzələ ilə heç bir əlaqəsi yoxdur. Bura ocaq zonasıdır və bu zonada gələcəkdə də zəlzələ baş vermə ehtimalı var. Əslində həmin ərazidə biz tez-tez zəlzələlər qeydə alırıq. Yəni hiss olunmayan zəlzələlər cihazlarla qeydə alınır. Güclü zəlzələlər isə çox nadir hallarda olur. Güclü yer titrəyişinin olması üçün orda deformasiya prosesi olmalıdır və o deformasiya o qədər davam etməlidi ... Читать дальше » |
![]() Velosiped (fransızca vélocipède "tez ayaq" deməkdir) çox hallarda iki təkərə malik, əzələ qüvvəsi ilə pedalla hərəkətə gətirilən nəqliyyat vasitəsidir. Yüksək sürət, sükanın iadrəsi, aöırlıq mərkəzinin tənzimlənməsi ilə müşaiyət olunan stabilləşdirici hiroskopik hərəkət nəticəsində velosipeddə hərəkət etmək mümkün olur. Tikiş maşınından sonra dünyada kütləvi şəkildə istehsal edilib yayılan ikinci texniki məhsuldur. Hal-hazırda dünayda yarım milyarda qədər velosiped mövcuddur. Kiçik ölçüsü, aşağı qiyməti, və yanacağa ehtiyacının olmaması onun dünyada belə geniş yayılmasının başlıca səbəbidir. |
![]() İsti yaz günlərində quşunuz yenə bədənini nazildər qanadlarını yerə endirər. Dimdiyini açıq saxlayar bu havanın çox isti olmasından ötəri quşunuzun böhrana düşdüyünü göstərər. Tutuquşuya dərhal duş qəbul etdirməlisiniz. Bir su spreyi ilə yuxarıdan üzərinə gələcək şəkildə püskürdün qanadları islanınca rahatlayacaq. Tutuquşular Dincmi Yoxsa Xəstəmi Necə Anlarıq? Tutuquşunuz sevimli bir yun yumağı kimi yupyumru tünemiş isə bir ayağını özünə çəkmiş tək ayaq üzərində öz-özünə dimdiyini çatırdatıyorsa, çox xoşbəxt və hüzur/dinclik içindədir. Onu bu vəziyyətdə narahat etməyin. Əgər günün uzun saatlarını yataraq keçirirsə hərəkətləri yavaş və istəksiz isə dimdiyini tez-tez tüklərinin arasına soxursa bu xəstəlik əlamətidir. Ən yaxın baytara və ya klinikalarımızdan birinə aparın və ya bu vəziyyəti izah edin. Tutuquşuların Qızğın və Hücuma Keçəcəyini Necə Anlarıq? Quşunuz qanadlarını havaya doğru açır, dimdiyi açıq və boşluğa doğru dənləmə hərəkətləri edirsə, qızğın deməkdir. Bu hücuma keçəcəyinin işarəsidir. Sakitləşənə qədər tək buraxa bilərsiniz. Tutuquşular Diqqəti cəlb etmək Üçün Necə Davranarlar? Bəzən tutuquşunuz uçurmuş kimi qanadlarını səsli səsli çırpar və ən vəhşi qışqırıqlarını təyin edər. Bu ani hücum hərəkəti ətrafını qorxutmaq üçündür. Əgər quşunuzun çağırmalarına cavab verməsəniz və uzun müddət ... Читать дальше » |
![]() “Kral klubu” bu qələbə ilə çempionluğu qismən təmin etmiş oldu Futbol üzrə İspaniya çempionatı çərçivəsində Madridin “Real” klubu səfərdə “Barselona”nı məğlub edib. ANS PRESS-in məlumatına görə, vacib qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb. Oyunda hesabı “Real”ın yarımmüdafiəçisi Sami Xedira açıb. O, rəqib oyunçu Puyolun səhvindən yararlanıb və topu qapıdan keçirib. Birinci hissənin sonunadək hesab dəyişməyin. Oyunun bitməsinə 20 dəqiqə qalmış “Barselona” hesabı bərabərləşdirib. Meydana 69-cu dəqiqədə çıxan Aleksis Sançes elə ilk hücumda fərqlənib. Lakin cəmi üç dəqiqə sonra Kriştianu Ronaldu oyunun taleyini həll edən qolu vurub. Bu qələbə sayəsində “Real” çempionluğu demək olar ki, təmin edib. Çempionatın başa çatmasına dörd tur qalmış Madrid klubu “Barselona”nı 7 xal qabaqlayır. |