Velosiped (fransızca vélocipède "tez ayaq" deməkdir) çox hallarda iki təkərə malik, əzələ qüvvəsi ilə pedalla hərəkətə gətirilən nəqliyyat vasitəsidir. Yüksək sürət, sükanın iadrəsi, aöırlıq mərkəzinin tənzimlənməsi ilə müşaiyət olunan stabilləşdirici hiroskopik hərəkət nəticəsində velosipeddə hərəkət etmək mümkün olur. Tikiş maşınından sonra dünyada kütləvi şəkildə istehsal edilib yayılan ikinci texniki məhsuldur. Hal-hazırda dünayda yarım milyarda qədər velosiped mövcuddur. Kiçik ölçüsü, aşağı qiyməti, və yanacağa ehtiyacının olmaması onun dünyada belə geniş yayılmasının başlıca səbəbidir.