Respublika Seysmoloji Xidmət Mərkəzinin sesymoloji şöbəsinin müdiri Tahir Məmmədlinin ANS PRESS-ə müsahibəsi
-Bu gün Zaqatala və digər ərazilərdə baş verən zəlzələni necə xarakterizə edərdiniz? Bu zona üçün yüksək ballıq zəlzələ xarakterik haldırmı?
-Zaqatala aktiv sesymik zonadır. Nəzərinizə çatdırım ki, 1936-cı ildə burada təxminən 7-8 ballıq güclü zəlzələlər baş verib. Burada seysmik ocaqlar yerləşir və bu günki zəlzələ də həmin ocaqlarda baş verib.
-Bu tipli zəlzələlər təkrarlana bilərmi?
-Azərbaycanın aktiv sesymoloji zonalarında həmişə zəlzələ ola bilər. Amma zəlzələ haqqında qabaqcadan proqnoz vermək düzgün olmaz. Ümumiyyətlə Böyük Qafqazın Cənub yamacları, Şamaxıdan Mərəzəyə, Gürcüstan sərhədinə qədər bu zonalarda güclü zəlzələ olması ehtimalı böyükdür.
- Qonşu ölkələrdə baş verən zəlzələ ilə bu gün baş verən hadisənin hər hansı bir əlaqəsi varmı?
-Yox, bu gün baş verən təbiət hadisəsinin digər regionlarda baş verən zəlzələ ilə heç bir əlaqəsi yoxdur. Bura ocaq zonasıdır və bu zonada gələcəkdə də zəlzələ baş vermə ehtimalı var. Əslində həmin ərazidə biz tez-tez zəlzələlər qeydə alırıq. Yəni hiss olunmayan zəlzələlər cihazlarla qeydə alınır. Güclü zəlzələlər isə çox nadir hallarda olur. Güclü yer titrəyişinin olması üçün orda deformasiya prosesi olmalıdır və o deformasiya o qədər davam etməlidi
...
Читать дальше »