Symbian^3 və OS 9.1-9.4 sistemində çalışan smartfonlar üçün olan bu proqramla siz öz əlaqə nömrələrinizi digərlərindən gizlədə biləcəksiniz və heç kim sizdən başqa onları görə bilməyəcək. Siz hətta telefonu tam bloka sala bilərsiniz və bu zaman ancaq daxil olan zənglərə cavab vermək mümkün olacaq. Sadəcə öz şifrənizi daxil edin və lazım olan nömrələri seçin. Və yaxud proqrama daxil olaraq "Setup" bölməsində şifrənizi daxil edin, proqramı bağlayın və əlaqə nömrələrinə daxil olduqda şifrə sorğusu gələcək və heç kim nömrələrə baxa bilməyəcək. Proqramda digər bölmələri də şifrə ilə müdafiə etmək olar.